Almaniyanın silah ixracı rekord həddə çatıb

Almaniyanın silah ixracı rekord həddə çatıb

Almaniyada 2023-cü ildə təsdiqlənmiş silah ixracı həcmində yeni rekord qeydə alınıb. SİA xəbər verir ki, Federal İqtisadiyyat Nazirliyinin açıqlamasına görə, keçən il Federal Hökumətin təsdiqlədiyi ixracat həcmi təxminən 12 milyard 200 milyon avroya çatıb. Ümumi ixrac təsdiqinin 6 milyard 440 milyon avronu döyüş silahları, 5 milyard 760 milyon avronu isə zirehli maşınlar da daxil olmaqla hərbi texnika kateqoriyası təşkil edib.

Almaniyanın ən çox ixrac icazəsi verdiyi ölkə iki ilə yaxındır Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olub. Berlin müttəfiqinə 4 milyard 400 milyon avro həcmində ixracı təsdiqləyib. Almaniya İqtisadiyyat Nazirliyinin Yaşıllar Partiyasının müşaviri Sven Giegold bəyan edib ki, Almaniyanın beynəlxalq hüququ pozan Rusiyanın təcavüzkar müharibəsindən müdafiəsi üçün Ukraynaya fasiləsiz dəstək verməsi qlobal sülhün qorunmasına xidmət edir.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə