İŞİD İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD terror təşkilatı İrandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. SİA xəbər verir ki, Terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiklərini bəyan edib.

Qeyd edək ki, İran mənbələrinin məlumatına görə, yanvarın 3-də ölkənin Kirman şəhərində iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlər arasında şəxsiyyəti müəyyənləşdirilənlərin sayı 84 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə