Zalujnı Radada deputatları cəbhəyə getməyə çağırıb

Zalujnı Radada deputatları cəbhəyə getməyə çağırıb

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı səfərbərlik haqqında qanunun müzakirə olunduğu Ali Radada çıxışı zamanı orduda adam çatışmazlığını elan edib və deputatları ordu sıralarına çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iclas bağlı qapılar arxasında keçirilib və bir neçə müavin baş komandanın sözlərini “Novoye Vremya” nəşrinə çatdırıb.

...Kimlə döyüşə getməliyəm? Ya dünyaya müraciət edib oradakı insanlardan kömək diləməliyik, ya da siz deputatlar döyüşə getməlisinizş

Qeyd edək ki, mənbələrdən biri bunu baş komandirdən sitat gətirib. Həmçinin, nəşrin həmsöhbətlərinin sözlərinə görə, Zalujnı məhbusların orduya cəlb edilməsinə qarşı çıxıb. “Ordu məgər pis insanlar üçündürmü? Yox, bu belə deyil”, - deyə baş komandan vurğulayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə