ABŞ Bağdadda “Hizbullah” komandirini vurub…

ABŞ Bağdadda “Hizbullah” komandirini vurub…

ABŞ hərbçiləri Bağdadda ölkədəki ABŞ qüvvələrinə hücum etməkdə ittiham olunan İranyönlü şiə hərəkatı “Hizbullah əl-Nucaban”ın komandirinə zərbələr endirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” agentliyinə amerikalı rəsmi verib.

İraq polisindəki mənbələr və şahidlər agentliyə pilotsuz təyyarənin Bağdadın şərqində hərəkat üzvlərinin istifadə etdiyi obyektə ən azı iki raket atdığını bildiriblər.

“Reuters” agentliyinin mənbəsinin məlumatına görə, hücumun hədəfi “Hizbullah ən-Nucaba” hərəkatının komandiri olub.

Dekabrın 26-da ABŞ İraqdakı Kataib Hizbullah hədəflərinə zərbələr endirib. Komandanlığın bəyanatında deyilir ki, ABŞ ordusu İraq və Suriyada koalisiya qüvvələrinə çoxsaylı hücumlara cavab olaraq İraqda Kataib Hizbullah və ona bağlı qrupların istifadə etdiyi çoxsaylı obyektlərə hava zərbələri endirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə