Ukraynaya hərbi yardımın həcmində dəyişiklik edilib...

Ukraynaya hərbi yardımın həcmində dəyişiklik edilib...

ABŞ Ukraynaya hərbi dəstək verməyə davam edəcək, lakin 2022-2023-cü illər səviyyəsində deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik, lakin bu o demək deyil ki, biz 2022 və 2023-cü illərdə onlara verdiyimiz hərbi maliyyə səviyyəsində dəstəkləməyə davam edəcəyik.

Bunu deyən Millerin sözlərinə görə, gələcəkdə Kiyevə ABŞ və müttəfiqlərindən maliyyə ayrılmasına ehtiyac olmayacaq, çünki Qərbin məqsədi Ukraynanın özünü hər şeylə, o cümlədən silahla təmin edəcək.

...Lakin biz hələ bu nəticəyə nail olmamışıq, ona görə də ABŞ Konqresinin Ukrayna üçün əlavə maliyyələşdirmə haqqında qanun layihəsini qəbul etməsi vacibdir.

Miller deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə