Əgər arxadakı insanlar səfərbərlik tədbirlərinin zəruri olduğunu başa düşməsələr, Ukrayna tez bir zamanda yox ola bilər.
Ona görə də, 2024-cü ildə səfərbərliyə diqqət yetirilməlidir. Bununla belə səfərbər olunan vətəndaşların hamısının cəbhəyə göndərilməsinə ehtiyac yoxdur,
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu “Aydar” batalyonunun keçmiş rota komandiri, Rusiya-Ukrayna müharibəsi veteranı Yevgeni Diki “Hromadske” radiosunun efirində deyib.
...Silahlı Qüvvələr nəhəng mexanizmdir və bütün ordu “sıfır” döyüşçü deyil. Bunu deyən veteran döyüşçünün fikrincə, “aysberq” arxada öz işini görən insanlardır, “sıfır”dakı döyüşçü isə onun zirvəsidir.
...Əgər insanlar anlamasalar ki, səfərbərlik orduya deyil, arxa cəmiyyətin özünə lazımdır, o zaman səfərbərlik haqqında qanun işləməyə bilər. Və bu da, məncə, Ukrayna tarixində qəbul edilən sonuncu qanunlardan biri ola bilər, çünki bu dövlət nisbətən qısa müddətdə öz mövcudluğuna son qoyacaq.
Yeri gəlmişkən, yanvarın 4-də parlamentin Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin iclasında Nazirlər Kabinetinin təqdim etdiyi və səfərbərliyin artırılmasını nəzərdə tutan qanun layihəsi ilk dəfə müzakirəyə çıxarılıb.
Əldə olunan məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, ruslardan fərqli olaraq, Ukrayna əsgərlərinin sıralarını həbsdə olan və ya cinayəti olan şəxslərin doldurması ideyasına qarşı çıxıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl prezident Vladimir Zelenski əlavə 450-500 min ukraynalının səfərbər edilməsini təklif etdiyini bildirmişdi.
Daha sonra Yevgeni Dikiy bildirib ki, səfərbər olunan 500 min yalnız minimum rəqəmdir. Veteran qeyd edib ki, “biz düşmənimizdən daha az döyüşçü ilə döyüşə bilmərik”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB