Litvada rus məktəbləri litva dilində tədrisə keçirilə bilər

Litvada rus məktəbləri litva dilində tədrisə keçirilə bilər

Litva hakimiyyəti məktəblərdə tədris dili kimi rus dilindən imtina etmək imkanını nəzərdən keçirir, eyni zamanda Ukrayna dilində tədrisin tətbiqi də istisna edilmir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu təhsil, elm və idman naziri Qintautas Yakştas “Jinu radijas” radiostansiyasının efirində deyib.

...Biz qonşu Latviya və Estoniyanın yolu ilə getməliyik ki, onlar təkcə rusdilli məktəblərdən imtina etmir, həm də rus dilini xarici dil kimi tədris etməkdən imtina edirlər.

Bunu deyən nazir hesab edir ki, təhsil sistemi Avropa İttifaqının rəsmi dillərinə diqqət yetirməlidir.

Digər ölkələrlə ikitərəfli müqavilələr o zaman mümkündür ki, onlar Litvaya dost olsunlar. Məsələn, Ukrayna ilə ki, təhsil bu milli azlığın dilində aparılsın.

Bunu deyən Yakştasın sözlərinə görə, Təhsil, Elm və İdman Nazirliyi bir neçə həftə ərzində rus məktəblərinin litva dilində tədrisə keçirilməsi ilə bağlı təkliflər hazırlamağı planlaşdırır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə