6 sərnişin qatarı “tıxaca” düşüb...

6 sərnişin qatarı “tıxaca” düşüb...

Çelyabinsk vilayətində 6 sərnişin qatarı texniki səbəblərə görə qrafikdən kənara çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qatarlar Cənubi Ural Dəmir Yolunun Kunaşak-Muslyumovo stansiyasında ilişib qalıblar.

Qatarlardan birinin demək olar ki, 9 saat gecikdiyi, digərlərinin isə iki saatdan altı saata qədər intervalda olduğu bildirilir.

Vaqonlarda “rahat temperatur rejimi”nin qorunduğu vurğulanır.

Lenta.ru-nun “Baza” Telegram kanalına istinadən verdiyi məlumata görə, gecikən qatarlar arasında Adlerdən Nijnevartovska gedən qatar da var. Belə ki, təkər dəstlərindən birinin sıradan çıxması səbəbindən güclü şaxtada Çelyabinsk vilayətindəki sahədə ilişib qalıb.

Bundan sonra dəmir yolunda qatarlarda “tıxac” yaranıb.

Sərnişinlər qida və içməli su ehtiyatlarının azlığından şikayət edirlər. Eyni zamanda konduktorlar insanların vaqonları tərk etmələrini qadağan edib.

Daha əvvəl yüzlərlə sərnişinin Moskvaya gedərkən donmuş “Lastoçka”da ilişib qaldığı bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə