Sevastopol qubernatoru Mixail Razvojayev Ukrayna Silahlı Qüvvələrinin yanvarın 4-də dəf edilmiş şəhərə hücumunu son zamanların ən kütləvi hücumu adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, baş verənlərin təfərrüatlarını Telegram-da paylaşıb.
Onun sözlərinə görə, vurulan raketlərdən biri özəl sektora məxsus əraziyə düşüb və partlamayıb, mütəxəssislər məlumatı yoxlamaq üçün ora gediblər.
Qeyd edək ki, cümə axşamı, yanvarın 4-də yerli vaxtla saat 16:40-da Sevastopolda hava hücumu xəbərdarlığı elan edilib. Daha sonra şəhər hakimiyyəti əhalinin məskunlaşdığı ərazilər üzərində hava hədəflərinin vurulduğunu bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB