Qırğızıstan İrana başsağlığı verib

Qırğızıstan İrana başsağlığı verib

Qırğızıstan Prezidenti Sadır Japarov İranın Kirman şəhərində törədilən terror aktlarını pisləyib.

SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Prezidentin Mətbuat Mərkəzindən verilən yazılı məlumata görə, Prezident Japarov İranın Kirman şəhərində törədilən terror aktı ilə bağlı İran Prezidenti İbrahim Rəisiyə başsağlığı teleqramı ünvanlayıb.

Qırğızıstanın qlobal sülh və sabitliyi təhdid edən hər cür terroru qətiyyətlə pislədiyini bildirən prezident Japarov həyatını itirənlərin ailələrinə və qardaş İran xalqına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, İranın Kirman şəhərində Qasim Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən anım tədbirləri zamanı baş verən partlayışlarda 84 nəfər ölüb, 284 nəfər yaralanıb.

Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ-ın İraqın paytaxtı Bağdada etdiyi hücumda öldürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə