Putin doğrudanmı Avropaya hücum etməyə hazırlaşır?

Putin doğrudanmı Avropaya hücum etməyə hazırlaşır?

Yeni il ərəfəsində Almaniyanın “Bild” nəşri Rusiyanın gələn qışda Avropaya hücum edə biləcəyini yazıb,

Bu gün Müharibənin Tədqiqi İnstitutu yazıb ki, Putin Arktikada yeni münaqişə hazırlaya bilər. Putin yeni müharibəyə başlaya bilər, yoxsa biz informasiya müharibəsi ilə üzləşirik?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bu və digər sualları məşhur ukraynalı politoloq, Penta Tətbiqi Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Fesenkoya verib.

Onun dediyinə görə, burada, daha doğrusu, Rusiyanın aqressivliyi ilə bağlı Avropada qorxuların xeyli artmasından söhbət gedir. Rusiyanın kifayət qədər uzun müddət müharibəni davam etdirməyə hazırlaşması Avropada güclü təəssürat yaradıb. Mən hərbi sənayenin inkişafını və Rusiyanın ümumi hərbiləşdirilməsini nəzərdə tuturam.

İndi Avropada çoxları qorxur ki, Putinin aqressiv planları təkcə Ukraynanı deyil, digər Avropa ölkələrini də narahat edə bilər.

...Bu nə dərəcədə realdır?

Fesenkoya görə, Ukraynada kifayət qədər genişmiqyaslı və gərgin müharibə olsa da, Rusiyanın hər hansı ikinci cəbhə açacağı ehtimalı azdır. Yəni indi Rusiyanın bunun üçün kifayət qədər ciddi resursları yoxdur.

...Rusiya cəmiyyəti əslində müharibənin miqyasını genişləndirmək istəmir. Bunu da nəzərə almaq lazımdır və Putin Rusiyada özünü göstərən əhval-ruhiyyəni izləyir.

Bundan əlavə, Avropaya hücum NATO ilə birbaşa münaqişə riski daşıyır. Hesab edirəm ki, təkcə NATO Rusiyadan və onunla nüvə müharibəsindən qorxmur, eyni zamanda Rusiya da eyni şeydən qorxur. Təbii ki, təbliğat bəyanatlarında deyilənlərə baxmayaraq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə