Milli Müdafiə Nazirliyi terrorla mübarizə barədə məlumat verib

Milli Müdafiə Nazirliyi terrorla mübarizə barədə məlumat verib

Terrorla mübarizə aparmaq məqsədilə aparılan əməliyyatlarda İraq və Suriyanın şimalı daxil olmaqla son bir həftə ərzində 36 terrorçu zərərsizləşdirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik keçirdiyi məlumatlandırma toplantısında terrorla mübarizə ilə bağlı son rəqəmlər paylaşılıb.

Məlumata görə, son bir həftədə 36 terrorçu, 2023-cü ildə zərərsizləşdirilən terrorçular da daxil 2237 terrorçu zərərsizləşdirilib.

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində zərərsizləşdirilən terrorçuların sayı isə 717-dir.

Suriyanın şimalında son bir həftə ərzində terrorçular tərəfindən əməliyyat bölgələrinə 30 təcavüz atəşi açılıb. Bu hücumlara cavab verən Türkiyə Silahlı Qüvvələri 27 terrorçunu zərərsizləşdirib.

Beləliklə, 2023-cü il yanvarın 1-nə yalnız Suriyanın şimalında zərərsizləşdirilən terrorçuların sayı 1529-a yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə