İvleeva “çılpaq” məclisindəki qalmaqaldan sonra xaricə köçmək istəyir...
Rusiyalı bloger Anastasiya İvleyeva Moskvanın “Mutabor” klubunda “çılpaq” məclisdə qalmaqaldan sonra müvəqqəti olaraq Dubaya köçə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Nebozhena” Telegram kanalı xəbər verir.
“Nebozhena” qeyd edir ki, İvleeva Dubaydakı qalmaqalı “oturmağı” planlaşdırır, bundan sonra Rusiyaya qayıdacaq. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur. Telekanalın məlumatına görə, İvleeva 26 dekabr 2023-cü ildən əlaqə saxlamayıb.
Xatərladaq ki, bir müddət əvvəl Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin İvleyevanın xaricə səyahətinə qadağa qoyulmalı olduğu fikrini bildirmişdi. O, teleaparıcının “çılpaq” məclisində azyaşlıların olması təsdiqlənərsə, ona qarşı cinayət işi açılacağını demişdi.
Qeyd edək ki, hazırda hadisənin baş verdiyi klubdan bütün videokameralar götürülüb və səlahiyyətli orqanlar tərəfindən araşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB