Rusiya Şimali Koreyadan ballistik raketlər və buraxılış qurğuları ala bilər. Qeyd edək ki, Moskva İrandan belə silahlar almaq cəhdlərini gücləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” anonim Amerika rəsmilərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, Şimali Koreya raket və buraxılış qurğularını artıq Rusiya ordusuna tədarük etməyə başlayıb. Maraqlıdır ki, nəşr hansı sistemlərdən danışa biləcəyini yazmır.
Noyabrda Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinin yüksək rütbəli nümayəndəsinə istinadən xəbər vermişdi ki, Pxenyan Moskvaya qısa mənzilli taktiki raketlər verə bilər.
Şimali Koreya Sovet R-17 raket sistemlərinin surətləri ilə silahlanıb. Ən son modifikasiyada onlar "Hwasong-6" adlanır, təxmin edilən uçuş məsafəsi Qərb mütəxəssisləri tərəfindən 500 - 1300 kilometr aralığında qiymətləndirilir.
Pxenyan paradlarda Rusiyanın “İsgəndər” raket sistemlərinə bənzər Qərb təyinatı ilə tanınan KN-23 raket sistemlərini nümayiş etdirib. Bundan əlavə, 2019-cu ildə təxmini 380 kilometr mənzilə malik KN-25 raketləri sınaqdan keçirilib.
“The Wall Street Journal”ın yazdığına görə, Moskva İrandan 86 kilometr məsafə qət edə bilən “Ababil” taktiki raket kompleksləri almağa çalışır. Bundan əvvəl Qərb mediası Kremlin İrandan 700 kilometrə qədər mənzilli “Zülfiqar” raketlərini və təxminən 300 kilometr mənzilli “Fateh-110” raketlərini almaq cəhdləri barədə məlumat yayıb.
Adı açıqlanmayan amerikalı məmur qəzetə deyib ki, ABŞ Moskvanın İrandan alışla bağlı danışıqlarda irəliləyişindən narahatdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB