Hərbi təyyarələrin hərəkətini izləyən ItaMilRadar layihəsinin müəllifləri bildirirlər ki, Amerikanın strateji yüksək hündürlükdə kəşfiyyatçı pilotsuz uçan aparatı RQ-4B Global Hawk ilin əvvəlindən ilk dəfə Qara dəniz regionunda Rusiya sərhədi yaxınlığında uçub.
SİA-nın əldə etdiyi məlumata görə, hərbi təyyarələrin Krım sahillərinin cənubunda 20 saat səyahət etdiyi qeyd edilir.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Northrop Grumman RQ-4B təyyarəsi bu il Qara dəniz üzərində ilk müşahidə missiyasını həyata keçirib və indi Siqonella Hava Bazasına qayıdıb.
Bundan əvvəl “Baza Telegram” kanalı Krım yarımadasının sahilində dəniz pilotsuz təyyarəsinin aşkar edildiyi barədə məlumat yayıb.
Telekanalın məlumatına görə, pilotsuz gəminin göyərtəsində 500 kq partlayıcı oldu ğu ehtimal edilib.
Rus saytlarının u\yazdığına görə, bundan əvvəl Qara dənizdə Krım yarımadası istiqamətində hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinin ekipajsız qayığı aşkar edilib. Aşkar edilmiş hədəf dekabrın 30-da Qara Dəniz Donanmasının patrul kateri tərəfindən məhv edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB