12 ölkə yaydığı birgə bəyanatla Yəməndəki husilərə Qırmızı dənizdəki hücumlarına görə xəbərdarlıq edib.
SİA-nın əldə etdiyi məlumata görə, Amerika rəhbərliyi tərəfindən edilən və Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya və Böyük Britaniyanın imzaladığı bəyanatda husilər hədəf alındı.
Bəyanatda bu hücumların dünya dəniz ticarətini ciddi şəkildə pozduğu və bunun milyonlarla insanın həyatına mənfi təsir etdiyi qeyd edilib.
“Biz bu qeyri-qanuni hücumlara dərhal son qoymağa və qanunsuz olaraq saxlanılan gəmilərin azad edilməsi ilə əlaqədar çağırış edirik'',-deyə bəyanatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB