Naməlum şəxs metroda bıçaqla 4 nəfərə xəsarət yetirib

Naməlum şəxs metroda bıçaqla 4 nəfərə xəsarət yetirib

Yaponiyanın paytaxtı Tokioda naməlum şəxs metroda ətrafdakı insanlara bıçaqla hücum edib. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. SİA xarici KİV-ə istinadla xəbər verir ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Hücumla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə