İsrail səfiri İrəvanda Njdenin şərəfinə keçirilən aksiyanı pisləyib
İsrailin Ermənistan və Moldovadakı səfiri Coel Lyon nasistlərin İrəvanda Qaregin Njdenin şərəfinə keçirdiyi aksiyanı pisləyib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə diplomat X platformasında yazıb.
“Nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin təriflənməsi qəbuledilməzdir! Ermənistan hakimiyyəti açıq şəkildə nasizm və antisemitizmin bütün formalarına qarşı çıxmalıdır”, - nəşr yazır.
Qeyd edək ki, İrəvanda erməni nasistləri faşistlərlə əməkdaşlıqda ittiham olunan nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB