ABŞ İrandakı terrordan xəbərsiz olduğunu deyir...

ABŞ İrandakı terrordan xəbərsiz olduğunu deyir...

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, ABŞ-ın İrandakı terror aktının arxasında kimin dayandığını bilmədiyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
Onun sözlərinə görə, Ağ Ev Kirmandakı partlayışlarda İsrailin əli olduğunu düşünmür.

...Bizim bunun necə baş verdiyi və ya kimin məsuliyyət daşıya biləcəyi barədə məlumatımız yoxdur.

Kirbi deyir bunu.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamneyi və İran prezidenti İbrahim Rəisiyə mesaj göndərərək, Kermandakı terror aktı ilə bağlı başsağlığı verib.

Xatırladaq ki, partlayışlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən dəfn mərasimi zamanı baş verib.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayışlar terror xarakteri daşıyır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə