...Ukrayna Krım körpüsünü iki dəfə - 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda vura bilib. Mühəndislər və hərbçilər sayəsində Ukrayna körpü strukturlarını vurmağa davam edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk danışıb.
...Bu, Putinin üzünə əsl sillədir, bu, dəniz qüvvələrinin tarixində yeni bir addımdır. Onlar onu tikməyə başlayan kimi biz artıq başa düşdük ki, genişmiqyaslı işğal halında bu, düşmən üçün əsas logistika arteriyası olacaq. Əslində, məhz belə də oldu. Bu gün cənubdakı düşmən qoşunları Krım körpüsü ilə qidalanır.
Malyuk bildirib bunu.
Krım körpüsünün dağıdılması Rusiyaya işğal olunmuş ərazilərin cənubuna hərbi texnika və yanacaq daşınmasını məhdudlaşdırmağa imkan verəcək.
...Bu, qanuni məqsəddir. Cenevrə Konvensiyasının normalarına, digər beynəlxalq hüquq normalarına, mövcud qanunvericiliyə və ya müharibə ənənələrinə görə, bu, qanuni məqsəddir, çünki bu, Ukrayna ərazisində qeyri-qanuni tikintidir.
Bunu da Malyuk bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB