Ötən gün Tbilisinin Saburtalinski rayonunda “TBC Bank”ın filialını qarət etməyə cəhd ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Pirveli” telekanalı məlumat yayıb.
Verilən məlumata görə, Tbilisinin Tsintsadze və Qamrekeli küçələrinin kəsişməsindəki ofisə maskalı silahlı şəxs soxulub.
Hazırda onun qaçıb aradan şıxıdığı deyilir. İlkin məlumatlara görə, o bankdan əliboş qaçıb. Yəni o bankdan pul apara bilməyib. Nə səbəbdən, bu barədə də məlumat verilmir.
Hadisə yerinə gürcü polisinin səfərbər edildiyi deyilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB