İran Prezidenti Türkiyəyə səfərini ləğv edib

İran Prezidenti Türkiyəyə səfərini ləğv edib

İran Prezidenti İbrahim Rəisi Kermanda baş verən terror aktından sonra Türkiyəyə səfərini ləğv edib.

SİA APA-ya istinadən xəbər verir ki, İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi İRNA-ya açıqlamasında İbrahim Rəisinin Türkiyəyə səfərinin ləğv edildiyini və səfərin başqa vaxt baş tutacağını deyib.

Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə