Ulan-Ude şəhərinin Oktyabrski rayon məhkəməsi buryat kinorejissoru Artem Burlovu Rusiya Ordusunu “diskreditasiya” maddəsi ilə 30 min rubl cərimələyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Sibir.Realii” yayıb.
Yerli hüquq müdafiəçisi Nadejda Nizovkinanın sözlərinə görə, məhkəmə dekabrın 28-də ona və Burlovun özünə görüş barədə məlumat vermədən protokola baxıb.
Bu, Burlov üçün bir ay ərzində "diskreditasiya" maddəsi ilə ikinci cəzadır - dekabrın 6-da Ulan-Ude Dəmir Yolu Məhkəməsi onu 35 min rubl cərimələmişdi.
İndi kinorejissora qarşı Rusiya Ordusunu dəfələrlə “diskreditə etmək” maddəsi ilə cinayət işi qaldırıla bilər. Qeyd edək ki, Burlov onun təqibini siyasi motivli hesab edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB