Moskvada qazax icmasının rəhbəri Polat Camalova qarşı Rusiya ordusu haqqında saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb.
“Verstka” nəşri xəbər verir ki, işi ötən ilin sentyabrında Moskvanın Şimal-Şərq Dairəsinin xüsusilə mühüm işlərin araşdırılması şöbəsi açmışdı.
Buna səbəb Camalovun “Facebook”-da 2022-ci il avqustun ortalarına qədər Ukraynada təxminən 49 min rus hərbçisinin həlak olduğunu bildirən paylaşımı olub. Məlumdur ki, Rusiya Müdafiə Nazirliyi itkilərin sayını açıqlamır.
KİV onu da qeyd edir ki, 2022-ci ilin yanvarında Qazaxıstanda kütləvi etirazlar və iğtişaşlar zamanı Camalov Rusiya qoşunlarının ölkəyə daxil olmasını işğal adlandırıb.
İddia edilən maddəyə görə, Camalovu 15 ilə qədər həbs gözləyir. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya məhkəmələri Ukraynanın işğalı ilə bağlı istənilən tənqidi ordu haqqında saxtakarlıq kimi tanıyır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB