Ölənlərin sayı103 nəfər olub, yaralananların sayı 211-ə çatıb

Ölənlərin sayı103 nəfər olub, yaralananların sayı 211-ə çatıb

İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində yaralananların sayı 211 nəfərə çatıb.

18:22

İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb. Hadisə nəticəsində daha 170 nəfər yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

17:28

İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Hadisə nəticəsində daha 170 nəfər yaralanıb.

16:57

İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasiminin keçirildiyi qəbiristanlığın yaxınlığında törədilən partlayışlar nəticəsində azı 20 nəfər ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kirman Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Əmin Səbri bildirib.

Agentlik Sabridən bu sitatı gətirib: “İki partlayış nəticəsində ən azı 20 nəfər həlak olub”.

Qeyd edək ki, əvvəlcə Kirmanda bir partlayışın baş verdiyi, nəticədə 15 nəfərin yaralandığını bildirilmişdi. İran hakimiyyəti hələlik partlayışın səbəbini açıqlamayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə