Latviyanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinən Rusiya vətəndaşını saxlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Delfi” məlumat yayıb.
Verilən məlumatlara görə, rus ötən il dekabrın 20-də saxlanılıb, lakin bu, yalnız indi məlum olub. Onun barəsində məxfi və digər məlumatların qanunsuz toplanaraq xarici kəşfiyyata ötürülməsinə görə cinayət işi açılıb.
İstintaq zamanı toplanan məlumatlar göstərir ki, Rusiya vətəndaşı Latviyadakı mühüm infrastruktur və hərbi obyektlər haqqında məlumat toplayıb Rusiya kəşfiyyat xidmətinə ötürüb.
Kəşfiyyat xidmətində mövcud olan məlumatlara görə, həmin şəxs Latviyaya qarşı yönəlmiş fəaliyyətin təmin edilməsində Rusiya kəşfiyyat xidmətinə başqa növ dəstəklər göstərib.
Cinayət işi şübhəlinin ən azı müəyyən qədər əlaqəsi olduğu beş yerdə aparılıb. Axtarışlar zamanı çoxlu sayda sənəd və saxlama daşıyıcıları müsadirə edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB