Partlayışda 73 nəfər həlak olub. 170 nəfər yaralanıb...

Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış baş verib, ölənlər var
Partlayışda 73 nəfər həlak olub. 170 nəfər yaralanıb...

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn olunduğu məzarın yaxınlığında baş verən partlayışda 73 nəfər həlak olub. 170 nəfər yaralanıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İran dövlət televiziyasının xəbərinə görə, İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.

Təxminən 10 dəqiqə ara ilə baş verən iki partlayışda ilkin məlumatlara görə 73 nəfər həlak olub, 170 nəfər yaralanıb.

İran Dövlət Televiziyası partlayışların terror aktı olduğunu açıqlayıb.

3 yanvar 2020-ci ildə ABŞ-ın Bağdadda törətdiyi hücumda həlak olan Süleymaninin öldürülməsinin 4-cü ildönümü münasibətilə anım tədbirləri təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə