Entoni Blinken və Antonio Tijani arasında telefon danışığı olub

Entoni Blinken və Antonio Tijani arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken və İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani arasında telefon danışığı olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken və Tajani Qəzzadakı humanitar böhrana və ''Həmas'' ilə İsrail arasındakı münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıblar.
Nazirlər söhbət zamanı Ukraynaya güclü dəstəklərini təkrarlayıblar.
Tərəflər həmçinin Yəməndə İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının qlobal mənada yaratdığı təhlükələri də müzakirə ediblər.
Entoni Blinken və Antonio Tajani Haitidəki təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi məsələsini müzakirə ediblər və Haiti üçün Çoxmillətli Təhlükəsizlik Missiyasının əhəmiyyətini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə