Cənnət xurması kimi bilinən Trabzon xurması bir çox faydası ilə tanınır. SİA xarici mətbuata istinadən xəbər verir ki, hələ yetişməmiş xurmanın 100 qramında təxminən 13 qram şəkər var. Bu da sağlamlığı ciddi təhdid edir. Yüksək şəkərə sahib olduğu üçün xurmanın ac yeyilməməsi tövsiyə olunur. Bunun səbəbi də qan şəkərini sürətlə artıra bilməsidir.

100 qram qurudulmuş xurmanın tərkibində 272 kalori, 1,15 qram yağ, 11,5 pəhriz lifi, 61,31 qram karbohidrat, 31 milliqram kalsium, 2,45 qram protein, 1,42 milliqram dəmir, 15 milliqram sodium, 651 milliqram potasium olmaqla xolesterin dəyəri sıfırdır.
Xurma liflərlə də zəngindir. Lif həzm sistemi sağlamlığı üçün də faydalıdır. Bu, qəbizliyi önləməyə və həzm sistemi problemlərini aradan qaldırılmağa kömək edir.
Xurma həm də antioksidantlarla zəngin meyvədir. Müxtəlif xəstəliklərə qarşı da qorunmağa kömək edir. Bu meyvə C, A vitaminləri, potasium və dəmir kimi vitamin, minerallarla zəngindir. Həmin vitaminlər göz sağlamlığı, enerji, immunitet kimi bədən funksiyaları üçün önəmlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB