Əfqanıstanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Əfqanıstanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb

Əfqanıstanda 5,9 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 835 km cənub-qərbdə Əfqanıstan ərazisində yerləşib.

Dağıntı və itki barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə