64 yaşında universitetə qəbul oldu

64 yaşında universitetə qəbul oldu

Türkiyənin Muş şəhərində əvvəl ailəsi, sonra da həyat yoldaşı tərəfindən oxumasına icazə verilməyən 64 yaşlı Badisabah Derdiyok universitetə qəbul olub.

SİA xarici mətbuata istinadən xəbər verir ki, o, Muşa 20 km uzaqlıqda yerləşən Şenova kəndində müəllimlərin də dəstəyi ilə məktəbə başlayıb. 1972-ci ildə ailəsi ilə İstanbula köçüb. 2006-cı ildə boşanan qadın təhsilini davam etdirmək qərarına gəlib. 3 uşaq anası olan Derdiyok sonunda Muş Alparslan Universitetinə qəbul olub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə