Beyin ölümü yaşayan 19 yaşındakı gəncin ürəyi 12 ildir ürək transplantasiyası gözləyən 46 yaşındakı Tevfik Sərdar Dəmirtürkə köçürüldü. SİA xarici mətbuata istinadən xəbər verir ki, Spartada yaşayan 46 yaşındakı T.S.Dəmirtürk 2005-ci ildə infakt keçirmişdi. 2011-ci ildə ürək spazmı ilə ürək çatışmazlığı diaqnozu qoyulan Dəmirtürk orqan transplantasiyası üçün sıraya girdi.
Orqan tapılması xəbəri ilə 6 dəfə xəstəxanaya çağırılan Dəmirtürkə uyğunsuzluğa görə ürək köçürülməmişdi. Keçən ilin 7 dekabr səhəri Ağdəniz Universitetidən gələn telefon zəngi ilə beyin ölümü gerçəkləşən 19 yaşlı qızın ürəyi uyğun gəldi. Xəstə bu əməliyyat ilə sağlamlığına qovuşdu.
Dəmirtürk qızın ailəsinə belə təşəkkür etdi: "19 yaşlı gəncin ailəsinə təşəkkür edirəm. Mənə və uşaqlarıma ümid oldu. Ürək gözlədiyim müddətdə çətin günlər keçirdim. Yavaş hərəkət edirdim, pilləkən çıxa bilmirdim. İnşallah bundan sonra daha yaxşı olacaq. Yoldaşım ilə danışdım, ikimiz də orqanlarımızı bağışlayacağıq. Hamının da bunu etməsini istəyirəm. Bir orqan bir çox insana ümid ola bilir. Hamı bağışlasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB