Yaponiyada zəlzələ 64 nəfərin həyatına son qoydu

Yaponiyada zəlzələ 64 nəfərin həyatına son qoydu

Yaponiyanın qərbindəki İşikawa əyalətində və Noto yarımadası sahilində meydana gələn zəlzələdə həyatını itirənlərin sayı 64-ə çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 1 və 2 yanvar tarixlərində İşikawanın Noto yarımadası və ətrafında 5-7 bal gücündə zəlzələ qeydə alınıb. Yarımada bölgəsində 3 yanvarda saat 02:21-də 5 bal və 10:54-də 5,5 bal gücündə iki zəlzələ də baş verib.

Zəlzələ sonrasında quru yollarda çökmə yaşanıb, bəzi binalar zədələnib, su və enerji təchizatında fasilələr yaşanıb. Bəzi kəndlərə enerji verilməsi dayandırılıb.

Hələ də davam edən zəlzələ səbəbi ilə dağıntılar altında vətəndaşların qaldığı bildirilib. Bir tərəfdən də yağan yağış bölgədə torpaq sürüşməsi təhlükəsi yaradıb.

Yaponiyanın baş naziri Kişida Fumio xilasetmə dəstələrinin sayının 2 minə yüksəldiyini acıqlayıb. Əyalət xarici vətəndaşlar üçün 6 dildə xidmət göstərən qaynar xətt qurulduğu xəbərini verib.

Noto yarımadasına ən qısa nəqliyyat yolu olan Noto hava limanında uzunluğu 10 metrlik çökmələr yaranıb. Bu yolun ən gec 4 yanvarda xidmətə açılacağı gözlənilir.

Tokio Universiteti professoru Hirata Naoşi yarımadanın altındakı hərəkətli zonanın 150 km uzunluğuna çata biləcəyini və təhlükənin hələ də davam edəcəyini bildirdi.

Professor çıxışında 1 yanvarda meydana gələn 7,6 böyüklüyündəki zəlzələnin ətraflara da yayıldığı məlumatını çatdırdı.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə