Fransada su daşqınları böhrana səbəb oldu DİQQƏT

Fransada su daşqınları böhrana səbəb oldu DİQQƏT

Fransanın şimalında meydana gələn su daşqınları səbəbi ilə qırmızı xəbərdarlıq elan edildi. SİA xarici mətbuata istinadən xəbər verir ki, Daxili İşlər naziri Gerald Darmani çıxışında Pas-de-Calaisdə baş verən su daşqınlarına görə prezident Emmanuel Macronun təlimatı ilə 120 xilasetmənin iş başında olduğunu bildirib.

Sakinlərdən dərə, göl, axar su kimi su mənbələrindən uzaq qalmaları məsləhət görüldü və maşınlarından istifadə qadağan olundu. Vilayətdəki su daşqınları səbəbi ilə insanlardan evlərinin üst mərtəbələrində yaşamaları, ancaq təlimat verilərsə, evlərini tərk etmələri tələb edildi.

Hər yerdə baş verən daşqınlara görə əhali nəqliyyatda çətinliklər yaşadı. Bourthes kəndinin bəzi sakinləri çarəni traktorla hərəkət etməkdə gördü.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə