...O gün SİA-nın da yazdığı kimi, bu il Vladimir Putinin Yeni il münasibəti ilə çıxışı 3 dəqiqə 39 saniyə davam edib. Maraqlıdır ki, Rusiya liderinin 2024-cü il performansı rekord qısa və keçən ildəkindən əhəmiyyətli dərəcədə fərqli idi.
Bu barədə “Kanal 24”ə siyasi strateq Mixail Şeytelman məlumat verib.
Şeytelmanın dediyinə görə, 2023-cü ili xatırlasaq, o vaxt Rusiya Federasiyasının prezidenti 9 dəqiqə danışmağı bacarmışdı. Belə ki, Putinin o vaxtkı çıxışı konkret və vacib sözlərlə dolu idi(?).
Yəni, “Donbass”, “NATO”, “təcavüz”, “hərbi”. “Biz müdafiə etdik”, “döyüşdük”, “qalib gəldik” kimi ifadələrdən geninə-boluna işlətmişdi.
Həmən ərəfədəki 9 dəqiqəlik çıxışı zamanı Vladimir Vladimiroviç tarixə ekskursiya da etmişdi.
Amma bu ilki çıxışında 3 dəqiqə 39 saniyədə heç nə haqqında “danışmadı”(?).
Maraqlıdır ki, strateq Mixail Şeytelman bunu Kremlin sonradan “nəsə plana uyğun getmədiyini” başa düşməsi ilə əlaqələndirir.
Onun iddiasına görə, məhz bəlkə də elə buna görə, vəziyyəti xilas etməli olan Dmitri Medvedevi arenaya buraxdılar.
Lakin o, 2023-cü ildə Putinin çıxışını demək olar ki, təkrarladı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB