Yanvarın 3-nə keçən gecə Krım yarımadasının ərazisində partlayışlar baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mariupol şəhər merinin müşaviri Petr Andryuşenko öz Telegram kanalında məlumat verib.
Andryuşenkonun sözlərinə görə, partlayışlar Baxçasaray yaxınlığındakı Turgenevo kəndində və Simferopolda baş verib. Rəsmi qeyd edib ki, Sevastopolda partlayış dalğası hiss olunub və Fiolent burnu ərazisində tüstünün yüksəldiyini müşahidə etmək olub.
Telegram-da yayımlanan “Krım küləyi” monitorinq kanalı bildirib ki, iki güclü partlayışdan sonra Sevastopol üzərində tüstü görünüb.
Kanal abunəçilərinin sözlərinə görə, Sevastopol mikrorayonlarından birində Jidilova küçəsində pəncərələr dağılıb, Baxçasarayda isə “evlər silkələnib”.
Nə bilmək olar, bəlkə də hücumun hədəfi rusların hərbi məqsədlər üçün istifadə etdiyi Belbek aerodromu olub, lakin bununla bağlı məlumat verilmir.
Daha sonra telekanal Fruktovoye və Verxnesavoye kəndlərinin sakinlərinin aerodrom ərazisində parlaq parıltı gördüyünü bildiriblər.
Bu arada Sevastopol qubernatoru Mixail Razvozhayev, Qara dəniz üzərində raketin vurulduğunu bəyan edib. O, həmçinin xilasetmə xidmətinə istinadən infrastruktura heç bir ziyan dəymədiyini də bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB