Sankt-Peterburqda saxlanılan 40 miqrant Rusiyadan çıxarılacaq

Sankt-Peterburqda saxlanılan 40 miqrant Rusiyadan çıxarılacaq

Sankt-Peterburqun rayon məhkəmələri miqrasiya qanunlarını pozan 40 nəfəri təqsirli bilib, onlar ölkədən çıxarılacaqlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinə istinadən yazır.

Mətbuat xidməti qeyd edib ki, məhkəmələr yanvarın 1-də 31 protokola baxıb. Beləliklə, 27 nəfər immiqrasiya qanunlarını pozmaqda təqsirli bilinib. Hər kəsə cərimə (5000 və ya 7000 rubl) və məcburi və ya müstəqil şəkildə Rusiya Federasiyasından getməyə məhkum ediliblər.

Yanvarın 2-də isə rayon məhkəmələri daha 13 nəfəri immiqrasiya qanunlarını pozmaqda təqsirli bilib. Mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, onlara həm də cərimələr və Rusiya Federasiyasından qovulma cəzası verilib.

Qeyd edək ki, miqrantlardan biri məhkəməni tələbə olduğuna inandırmağa çalışıb, lakin tələbə biletini təqdim edəndə onun 31.08.2021-ci il tarixinədək etibarlı olduğu məlum olub. Hakimin suallarından sonra miqrant 2020-ci ildə qovulduğunu etiraf edib.

Xatırladaq ki, rus polisi Yeni il gecəsi Sankt-Peterburqun mərkəzində profilaktik reyd keçirib. Reyd nəticəsində qonşu ölkələrdən iki minə yaxın insan saxlanılıb.

“...Yoxlama nəticəsində çoxsaylı miqrasiya qanunvericiliyinin pozulması halları müəyyən edilib və bununla bağlı inzibati tədbirlər görülüb”, - deyə polisdən bildirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə