Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib

Zelenski Sunakla HHM-in gücləndirilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Prezidentinin Ofisi press-reliz yayıb.

Bildirilib ki, tərəflər başda hava hücumundan müdafiənin, Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli imkanlarının daha da gücləndirilməsi və Ukraynanın silah-sursatda digər təcili ehtiyaclarının ödənilməsi olmaqla müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə