Nyu-Yorkda seysmoloqlar tərəfindən 1,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu, yerli sakinlərin partlayış səsləri və binaların silkələnməsi ilə bağlı şikayətləri ilə üst-üstə düşüb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti-yə şəhərin fövqəladə hallar idarəsindən bildirilib.
Xatırladaq ki, bundan əvvəl Ruzvelt adası, Upper East Side və Queens sakinləri “binaları silkələyən” bir neçə partlayış barədə məlumat vermişdilər.
Lakin hadisə yerinə gələn yanğınsöndürənlər şübhəli heç nə görməyiblər. Şəhər polis idarəsi isə heç bir terror təhlükəsinin olmadığını qeyd edib.
Moskva vaxtı ilə saat 05.45-də Astoriya Kvins bölgəsində 1.7 bal gücündə zəlzələ baş verib. Epidemiya Astoriyadan 0,5 mil şərq-şimal-şərqdə, 5 kilometr dərinlikdə yerləşib. Onun Nyu-York ərazisində hiss olunduğu barədə məlumatlar var.
Bunu şəhərin fövqəladə hallar idarəsindən bildiriblər.
Eyni zamanda, Nyu-York Yanğından Mühafizə İdarəsinin mətbuat xidmətinin TASS-a verdiyi məlumata görə, seysmoloqlar yeraltı təkanları qeydə aldıqdan səkkiz dəqiqə sonra yerli sakinlərdən binaların “bir sıra partlayışlar və silkələnməsi” ilə bağlı müraciət alıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB