Ukrayna Müdafiə Qüvvələri Xerson vilayətində rusların 6 pilotsuz təyyarəsini məhv edib. Məhvetmə prosesi videoya çəkilib.
SİA bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığına istinadən xəbər verir.
Qeyd olunur ki, bu gün Xerson vilayətində Rusiyanın 6 pilotsuz təyyarəsi məhv edilib.
Söhbət beş Lancet hücum pilotsuz təyyarəsindən və bir ZALA kəşfiyyat PUA-dan gedir.
Bu, Pivden hava komandanlığının Xerson zenit-raket briqadasının əsgərlərinin əməyinin nəticəsidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB