Livanda ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan radikal HƏMAS hərəkatının sədr müavini Saleh əl-Aruri öldürülüb. Onun Beyrut ətrafında bir İsrail pilotsuz təyyarəsi tərəfindən hücuma məruz qaldığı bildirilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” anonim mənbələrə istinadən xəbər verir. Funksionerin ölüm xəbəri artıq qurum tərəfindən təsdiqlənib.
57 yaşlı Əl-Aruri HƏMAS-ın İordan çayının qərb sahilindəki hərbi qanadının faktiki lideri hesab olunurdu. Bu barədə “Times of Israel” xəbər verir.
İsrail kəşfiyyatı onu 2014-cü ilin iyununda üç yeniyetmənin oğurlanması və öldürülməsi də daxil olmaqla, dövlətə qarşı bir sıra hücumlarda əli olmaqda şübhəli bilirdi.
Əl-Aruri bir neçə dəfə İsraildə həbs edilib və 2010-cu ildə mindən çox fələstinlinin azad edilməsi çərçivəsində əsir götürülmüş İsrail ordusunun kapralı Gilad Şalitlə dəyişdirilib.
Xəbərin dərc edildiyi vaxt İsrail qətldə əli olduğunu rəsmən etiraf etməyib. Noyabr ayında keçirdiyi mətbuat konfransında İsrailin baş naziri Benyamin Netanyahu “harada olurlarsa olsunlar” HƏMAS liderlərinə qarşı Mossad əməliyyatlarına başlamağı əmr etdiyini deyib.
İsrailin müdafiə naziri Yoav Qalant hərəkatın liderlərinin “borc vaxtla yaşadıqlarını” deyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB