Ekspertlər 2024-cü ildə Ukraynadakı vəziyyətlə bağlı proqnoz veriblər
2024-cü ildə Ukrayna həm iqtisadi böhranla, həm də döyüş meydanında çətinliklərlə üzləşəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu rusiyalı ekspertlər bəyan edirlər,..özü də yekdilliklə.
Deməli, onlar əmindirlər ki, Qərb Kiyevi tərk etməyəcək, baxmayaraq ki, NATO ölkələri hazırda çətin vəziyyətdədir.
Məsələn, hərbi ekspert, Hərbi və Siyasi Münaqişələrin Öyrənilməsi Mərkəzinin rəhbəri Andrey Klintseviç hesab edir ki, 2024-cü ilin sonuna qədər Ukrayna döyüşmək və hətta hücum etmək üçün güc eləcə də vasitələrə sahib olacaq. Avropa ölkələri Kiyevə yardım edəcək.
Onun həmkarı, hərbi ekspert, Hava Hücumundan Müdafiə Muzeyinin direktoru Yuri Knutov əlavə edir ki, ABŞ Ukraynanı öz orbitində saxlamaq üçün hər şeyi edəcək. Onun dediyinə görə, bunu Ukraynaya planlaşdırılan və həyata keçirilən silah tədarükü də sübut edir.
Bu arada, hərbi ekspertlər etiraf edirlər ki, hazırda cəbhədə döyüş əməliyyatlarının xarakterində, hər iki tərəfdən silahlı mübarizənin forma və üsullarında dönüş nöqtəsi var. Onlar vurğulayırlar ki, əgər Rusiya Federasiyası öz resurslarını artırıb müdafiədən hücuma keçərsə, o zaman maliyyə və hərbi dəstəyi olmayan Ukrayna Silahlı Qüvvələri üçün qış eləcə də ondan sonrakı 2024-cü il son dərəcə çətin olacaq.
Rus ekspertlərə görə, döyüş meydanında dəyişikliklər Rusiya Federasiyasının lehinə bu ilin əvvəlində baş verə bilər.
Kiyevin əks-hücum-2 başlatmağa qərar verə biləcəyi ehtimalı olsa da, onun nəticəsinin Kiyev üçün müsbət olacağı ehtimalı azdır.
Doğrudur, rus ekspertlər Ukrayna Silahlı Qüvvələrinin keçən ilkindən fərqli olaraq, bu il ordunun güclü və yaxşı silahlanmasına da diqqət çəkirlər.
Ekspertlərin fikrincə, 2024-cü ildə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar şansı var, lakin dialoqun mümkün olma ehtimalı azdır. Onlar istisna etmirlər ki, qarşıdan gələn ildə Rusiya Federasiyası münaqişəni dondurmaq və Ukrayna silahlı qüvvələrini yenidən qurmaq imkanı vermək üçün hansısa danışıqlar mövqeyinə razılaşdırılacaq. Amma ümumən, danışıqlar olsa da, olmasa da, yaxın gələcəkdə Ukrayna ilə münasibətlər dinc mövcud olmayacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB