Qəzzada xərçəng xəstənasının müdiri Türkiyedən kömək istəyib

Qəzzada xərçəng xəstənasının müdiri Türkiyedən kömək istəyib

Qəzzada xərçəng xəstələri üçün yeganə müalicə mərkəzi olan Türkiyə-Fələstin Dostluq Xəstəxanasının müdiri Subhi Sukeyk xəstəxananın yenidən açılması üçün Türkiyədən kömək istəyib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Türkiyə-Fələstin Dostluq Xəstəxanası İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları və blokadası səbəbindən fəaliyyətini itirib.

Xəstəxananın müdiri Subhi Sukeyk Türkiyəyə müraciət edərək "Xəstəxananın yenidən fəaliyyətə başlaması üçün xüsusilə qardaş ölkəmiz Türkiyədən kömək istəyirik" deyib.

Sukeyk vurğulayıb ki, İsrailin blokadası səbəbindən xəstəxanada xərçəng xəstələrinin müalicəsində istifadə edilən dərmanlar tükənib.

Bəzi xəstələrin başqa ölkələrə, o cümlədən Türkiyəyə göndərildiyini bildirən Sukeyk Türkiyə-Fələstin Dostluq Xəstəxanasının Qəzzada xərçəng xəstələri üçün yeganə 'ümid qapısı' olduğunu xatırladıb.

Xəstəxana müdiri açıqlamasında başda Türkiyə olmaqla dünyaya müraciət edərək deyib:

“Biz xüsusilə qardaş ölkəmiz Türkiyədən xəstələrin köçürülməsinə icazə verilməsini və müalicə üçün lazım olan dərmanların təmin edilməsini tələb edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə