Laki-Laki mindən çox adamı yerindən etdi

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən edilən açıqlamada bildirilir ...
Laki-Laki mindən çox adamı yerindən etdi

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində vulkanın püskürməsindən sonra bölgədə yaşayan 1172 nəfər təxliyə edilib.

“Antara News”un məlumatına görə, əyalətin Şərqi Flores bölgəsindəki Levotobi Laki-Laki vulkanı yanvarın 1-dən aktivləşib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, başda qadın və uşaqların olduğu 1172 sakin təxliyə edilib.

Köçürülənlər üçün sığınacaqlara göndərilib, gündəlik tələbatla təmin olunub.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) tərəfindən edilən açıqlamada vulkanın 1000-1500 metr yüksəkliyə kül atdığı qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə