Rusiya prezidenti Vladimir Putinin 2023-cü ildə imzaladığı fərmanların yarısı məxfi olub. SİA-nın əldə etdiyi məlumata görə, Mediazona bu barədə hüquqi aktların rəsmi dərci üçün internet saytında apardığı araşdırmasına istinadən xəbər verir.
2022-ci ildə məxfi fərmanların payı 45 faiz, 2023-cü ildə 49,5 faiz təşkil edib. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə başlamasından bəri rekord sayda məxfi fərmandır. İşğalın ikinci ilində Putinin imzaladığı fərmanların ümumi sayı dəyişməyib: 2022-ci ildə dərc edilmiş fərmanların sonuncu sayı 996, 2023-cü ildə isə 997 olub.
Müharibədən əvvəlki dövrlərdə rekord 2001-ci ildə - 47 faiz - İkinci Çeçenistan Müharibəsi zamanı qeydə alınıb. Mediazona qeyd edir ki, gizli fərmanlar başqa şeylərlə yanaşı, hərbi qulluqçuları mükafatlandırmaq və koloniyalardan, həbsxanalardan müharibəyə cəlb edilmiş məhkumları əfv etmək üçün istifadə olunur.
Nəşrin jurnalistləri onu da qeyd ediblər ki, 2023-cü ildə dərc edilmiş sərəncamlarda hərbi hissələrə “Qvardiya” fəxri adının verilməsi ilə bağlı sənədlər daha çox olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB