Polis Nyu-Yorkda partlayışlar barədə xəbərlərə münasibət bildirib

Polis Nyu-Yorkda partlayışlar barədə xəbərlərə münasibət bildirib

...Ruzvelt adasında əvvəllər eşidildiyi iddia edilən partlayışlarla bağlı xəbərlərə baxmayaraq, Nyu Yorkda heç bir terror təhlükəsi və ya yanğın yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti-yə polis idarəsindən bildiriblər.

Bundan əvvəl Ruzvelt adasının, Upper East Side və Queens sakinləri “binaları silkələyən” bir neçə partlayış barədə məlumat vermişdilər.

Lakin hadisə yerinə gələn yanğınsöndürənlər şübhəli heç nə görməyiblər. Şəhər polis idarəsi isə heç bir terror təhlükəsinin olmadığını qeyd edib.

...Təxminən saat 05:45-də polisə Main Street və River Road kəsişməsi yaxınlığında partlayışla bağlı 911 zəngi daxil olub.

Bunu yerli polis bildirib.

İdarənin məlumatına görə, yerli elektrik enerjisinin verilişində fasilələr müşahidə edilsə də, sakinlər üçün təhlükə aşkar edilməyib.

...Hazırda heç bir təhlükə, təhlükəli materiallar, yanğınlar, elektrik yanğınları yoxdur.

Bunu da polis idarəsinin sözçüsü bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə