Səudiyyə Ərəbistanı BRICS-ə qoşuldu

Səudiyyə Ərəbistanı BRICS-ə qoşuldu

Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşulub. SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Səudiyyə Ərəbistanının dövlət telekanalına istinadən yazır.

Xatırladaq ki, Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya 2023-cü ilin avqustunda Yohannesburqda keçirilən sammitdən sonra BRİKS-ə üzv olmaq üçün dəvət alıblar.

Və bu gün krallığın rəsmi mediası Səudiyyə Ərəbistanının təşkilata daxil olduğunu elan edib.

...Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİKS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb ki, bu da onun dünyada mövqeyini gücləndirir.

Bunu Al Ekhbariya telekanalı yayımlayıb.

Öz növbəsində, Qərb analitikləri daha əvvəl bildirmişdilər ki, Səudiyyə Ərəbistanı “artıq ABŞ-a tabe deyil və onun nəzəri indi Şərqə, Çin və Rusiyaya yönəlib”. Onlar hesab edirlər ki, iqtisadiyyatını şaxələndirmək məqsədini həyata keçirməklə Ər-Riyad 1945-ci ildə Vaşinqtonla neftin mühafizəsi müqaviləsinə daha az bağlı olduğunu hiss edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə