Şolz Almaniya kansleri vəzifəsindən istefa verə bilər

Almaniya kansleri Olaf Şolz Almaniya kansleri vəzifəsini vaxtından əvvəl tərk edə bilər.

Qeyd edilir ki, bu, Almaniya Sosial Demokrat Partiyasına dəstəyin aşağı səviyyədə olması ilə bağlıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Bild-ə istinadən xəbər verir.

Nəşr üçün keçirilən və dekabrın 31-də dərc edilən INSA (Lyon Milli Tətbiqi Elmlər İnstitutu) sorğusunda 2023-cü il ərzində Almaniya Sosial Demokrat Partiyasına dəstəyin 20 faizdən 15 faizə düşdüyünü göstərib.

Analitiklərin fikrincə, Almaniya Sosial Demokrat Partiyası fiaskosunun əsas amili ondan ibarətdir ki, hər beş almandan yalnız biri partiyanı təmsil edən kansler Olaf Şolzun fəaliyyətini müsbət qiymətləndirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə