Rusiyanın son hücumları nəticəsində 4 ukraynalı həlak olub

Rusiyanın son hücumları nəticəsində 4 ukraynalı həlak olub

Ukrayna prezidenti Volodimir Zelenski verdiyi açıqlamada Rusiyanın son hücumlarında 4 nəfərin öldüyünü bildirib. SİA xəbər verir ki, Zelenski eyni zamanda 92 nəfərin yaralandığını qeyd edib.

Ukrayna prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Zelenski qeyd edib ki, Rusiya ordusu dekabrın 31-dən bəri Ukraynaya hücumlarında 170-ə yaxın “Şahed” PUA və onlarla raket növündən istifadə edib və onların əksəriyyəti mülki obyektləri hədəf alıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında 35 ədəd "Şahed" tipli PUA ilə cənub-şərq istiqamətindən Ukraynaya hücum etdiyi və PUA-ların hamısının məhv edildiyi bildirilib. Rusiyanın səhər saat 06:00 radələrində Tu-95MS təyyarələrindən ən azı 70 qanadlı raket, saat 07:30 radələrində isə MiQ-31K təyyarəsindən X-47M2 Kinjal aeroballistik raketlərini atdığı qeyd edilib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə