Tokioda təyyarə qəzası baş verib

Tokioda təyyarə qəzası baş verib

Yaponiyada təyyarə qəzası baş verib. SİA xəbər verir ki, Tokio Haneda Beynəlxalq Hava Limanında baş verən hadisədə sərnişin təyyarəsi ilə sahil mühafizə təyyarəsi toqquşub.

Yaponiyanın NHK telekanalı paytaxt Tokioda uçuş-enmə zolağında yanan sərnişin təyyarəsindən təxminən 400 sərnişin və ekipajın təxliyə edildiyini bildirib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə